Bir çətir bilər yağışın dərdini sən qəlbimə damla
Qəlbimə damla, duy və damla qara buludlarla ağla
Məni məndən alıb, döz alışma
Son baharla və uzun qışla
Sən məni bağışla
Dəm yağışla bağışla
Məni mənsizliyə sürgün edən
Özünü mənə bağışla
Dəryada yorğunam sənsiz qalaraq
Təkliyə vurğunam canım yanaraq
Gün kimi solğunam sağ ikən ölüyəm
Kül qabım bilər ömrümün dərdini inad etmə böylə
Hamıya söylə, söy və söylə ki sən barışırsan göylə
Durma qaç, durma uç qanad aç
Çılğın rüzgara olma möhtac
Sən məni bağışla, son baxışla bağışla
Məni mənsizliyə sürgün edən
Özünü mənə bağışla
---
Lyrics submitted by Miri Yusif.
Enjoy the lyrics !!!