Mən küləyəm - Miri Yusif
| Page format: |
Mən küləyəm Lyrics
Mən ölsəm, yox olsam, çinar kimi solaram
Bilsəm ki xoşbəxtsən, bəxtəvər olaram
Amma unutma ki, mən qayıdaram
Ötən günlər limanına
Ordan yuxuna qonaq gəlib, öpüb oyadaram
Mən küləyəm, mən küləyəm məni sınama
Mən özgəyəm, mən özgəyəm məni saxlama
Cənnətdən qovulmuş şeytanam məni qınama
Mən küləyəm, mən küləyəm məni sınama
Necə qaranlıq, necə sükut var, bura kölgələr ölkəsi
Bura öz dünyam, bura çox viran bura çağırmam hər kəsi
Bəlkə bir gün yenə mən qayıdaram
Ötən günlər limanına
Ordan yuxuna qonaq gəlib, öpüb oyadaram
Səsimin qəmli notlarısan, sən bunu anla
Səmalara açılmış qanadımsan, yadında saxla
Könülsüz qəmli otağımsan, günəşim ağla
Mən küləyəm, məni qınama
---
Lyrics submitted by Miri Yusif.