Salam, mənim adım vicdan
Soyadım qurban
Vicdan məzuniyyətindəyəm
Aləmə qaldım heyran
Salam, mənim adım vicdan
Ləqəbim iman
Nəfsi boğmaq niyyətindəyəm
Zülmətə oldum seyran
Gərəksiz gözlərdən sel kimi axanam mən
Varlığımla dilənirəm əzabdan
Həyatım, sabaha ümidim yatma mən yatım
Sabaha günəşim batma, mən batım
Həyatım, mən yatım
Salam, mənim adım vicdan
Kimsəsiz dövran
Bayıra atılan xəbərsizəm
Arzumda qaldı hicran
Salam, mənim adım vicdan
Limanım böhran
Qeybə satılan qiymətsizəm
Şeytanım oxuyur meydan
Gərəksiz gözlərdən sel kimi axanam mən
Varlığımla dilənirəm əzabdan
---
Lyrics submitted by Miri Yusif.
Enjoy the lyrics !!!